GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın “Traxtur” komandası Asiya oyunlarında qələbə qazanıb.
Güney Azərbaycanın “Traxtur” komandası Asiya Çempionlar Liqasının ikinci mərhələsinin oyunları çərçivəsində Qətərin “Əlvəkrə” komandası ilə yarışıb.
Oyun sentyabrın 18-i axşam saatlarında Dohada keçirilib.
Yarış 3-0 Azərbaycan komandasının qələbəsi ilə başa çatıb və “Traxtur” bu qələbədən qazandğı 3 xalla Asiya Çempionlar Liqasının A qrupunda turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Güney Azərbaycan komandasının bundan öncə isə 2016-cı ildə Asiya oyunlarında uğurlu çıxışı olmuşdu.