
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Traxtur” komandası İran çempionatında növbəti qələbəsini qazanaraq, liderliyə yüksəlib.
Martın 16-ı yerli vaxtla saat 19:30-da Təbrzin Səhənd stationunda keçirilən yarışda Traxtur 23-cü turun oyununda Sircan şəhərinin “Gol Qohar” komandasını 2-1 hesabı ilə məğlub edib.
Bununlada vacib 3 xal əldə edən “Traxtur” 48 xalla (22 oyun) turnir cədvəlinə başçılıq edir. “Gol Qohar” 35 xalla (23 oyun) 5-ci yerdədir.
Təbriz təmsilçisinin çempionluq yolunda əsas rəqiblərindən Tehranın “Persepolis” komandası 47 xalla (23 oyun) 2-ci, İsfahanın “Sepahan” komandası isə 46 xalla (23 oyun) 3-cü pillədə qərarlaşıb.
Stadionda olan tərəfdarlar “Türk dilində mədrəsə- olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan” və s. milli şüarlar səsləndiriblər.