Cümə axşamı , Oktyabr 3 2024
azfa

Güney Azərbaycanın Traxtur komandasının tərəfdarı komandanın məğlub edildiyini görəndən sonra ürəyi dayanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandasının tərəfdarı Rəsul Musəvipur komandanın dünənki oyununda məğlub edildiyini görəndən sonra ürəyi dayanıb.

32 yaşlı təbrizli tərəfdar özü də futbol təlimçisi idi və 4 yaşında qızı vardır. Rəsul Musəvipur bir müddət öncə İnstagramda canlı yayında Traxtur komandasının ağır duruma salındığını tənqid edərək, narahatlıqdan onu ağlamaq tutmuşdu.

O bundan sonra evlərinə gedib və evdə həyat yoldaşına ürək nahiyəsində ağrı hiss etdiyini bildirib.

Rəsulun həyat yoldaşı onu xəstəxanaya aparmağa çalışıb. Lakin xəstəxanaya çatmamış onun ürəyi dayanıb və dünyasını dəyişib.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili tamam oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bu gün Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili …

G7 ölkələri İranın İsrailə hücumunu kəskin şəkildə pisləyib

GADTB: G7 ölkələri İranın İsrailə hücumunu şiddətlə qınadıqlarını bəyan ediblər. ABŞ, Almaniya, Fransa, Kanada, İngiltərə, …