Cümə axşamı , Noyabr 13 2025
azfa

Güney Azərbycanda Qurugöl həmişəlik məhv olmaq təhlükəsi ilə qarşılaşıb

GADTB: Şərqi Azərbaycanın Ətraf Mühitin Mühafizəsinin rəisi Məhəmməd Hüseyn Həsənzadə deyib ki, su təchizatı kanallarının köhnəlməsi və dağılması Qurugöl beynəlxalq bataqlıq ərazisinə suyun verilməsinin qarşısını alıb və bu tendensiya davam edərsə, Qurugöl həmişəlik məhv olmaq riski ilə üzləşəcək.

O, ekoloji fəlakətin qarşısının alınması üçün təcili tədbirlər görülməsinin və su nəqli kanallarının bərpası üçün vəsait ayrılmasının vacibliyini bildirib.

Qeyd edək ki, Qurugöl İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir.

200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir.

Həmçinin yoxlayın

“Traxtur” 2025-ci ilin İranın adlanan ərazidə ən yaxşı futbol komandası seçildi!

GADTB: Futbol Tarixi və Statistikaları üzrə Beynəlxalq Federasiya (IFFHS) 2025-ci il üçün dünyanın ən güclü …

Tikantəpənin Zərəşuran qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

GADTB: Bu gün Tikantəpə (Təkab) şəhərində yerləşən Zərəşuran qızıl mədəninin bir qrup işçisi müəssisənin inzibati …