Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 17 Noyabr Azərbaycanda Milli Dirçəliş Günü ilə bağlı bildirişi

GADTB: Azərbaycanda 17 Noyabrın Milli Dirçəliş Günü 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

SSRİ-nin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda xalq hərəkatı daha da genişləndi. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxmaqla Azərbaycanın müstəqilliyi və hətta Bütöv Azərbaycanın yaranması arzularını dilə gətirdilər.

1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin qətlə yetirildi. Lakin bunlar Azərbaycan Türk Millətinin azadlıq istəyi və milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi.

Milyonlarla Azərbaycan türkü keçən əsrin sonlarında Bakıda Təbriz-Təbriz şüarları ilə Azərbaycanın müstəqilliyini bərpa etdilər. Onların Azadlıq meydanında Təbriz-Təbriz şüarları sankı bu gündən xəbər verirdi. Həmin illərin Təbriz-Təbriz şüarları artıq bu gün reallaşmaqdadır. Artıq Bütöv Azərbaycan günün əsas mövzusuna çevrilib. Həmin şüarların müjdəçisi olduğu bütöv millət və Bütöv Azərbaycanın reallaşmasına az qaldığı duyulmaqdadır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …