Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 8 Noyabr – Azərbaycanda Zəfər Günü münasibəti ilə təbrik mesajı

GADTB: İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun misilsiz qələbəsi nəticəsində 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi tarixə düşdü. Müzəffər Azərbaycan Ordusu igidliklə həmin gün dünyanın savaş tarixində mümkün olmayanı mümkün etdi. 28 il sonra Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Azərbaycanın musiqi və mədəniyyət beşiyi Şuşanı erməni işğalından azad etdi.

Birinci Qarabağ savaşında işğalçı Ermənistana gizli yardım edən İranın fars-molla rejimi İkinci Qarabağ savaşında Azərbaycan Ordusunun ilk günlərdən irəliləməsini gördükdə artıq əl-ayağa düşərək açıq şəkildə işğalçı Ermənistana dəstək vermişdir. İran  rejimi silah-sursat dolu yük maşınlarını Ermənistana göndərmək və hətta PKK terrorçularını Qarabağa daşımaqla işğalçı Ermənistanın məğlub olmasına mane olmuşdur. Lakin Güney Azərbaycan İran rejiminin ciddi təzyiqlərinə baxmayaraq davamlı olaraq Azərbaycan Ordusuna dəstək nümayiş etdirib, İranın Ermənistana hərbi yardımlarını dayandırması və Nurduz Gömrük Məntəqəsinin bağlanmasını tələb etmişlər. İran rejimi isə Güney Azərbaycanın dinc etiraz nümayişinə divan tutaraq çox sayda azərbaycanlı fəalı həbs etmişdir.

İranın, Rusiyanın, Fransanın və bütün ermənipərəst ölkələrin səylərinə baxmayaraq, Azərbaycan Ordusu 44 gündə işğalçı Ermənistanı diz çökdürərək tarix yazdı. Noyabrın 8-də Qarabağın tacı, Azərbaycanın musiqi və mədəniyyət beşiyi – Şuşannın azad edilməsindən sonra artıq işğalçı Ermənistanın beli büküldü. Təslim olan Ermənistan Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonlarını da müharibəsiz Azərbaycana qaytarmağa məcbur oldu.

Cari il isə Ermənistanın qanunsuz hərbçi dəstələrinin Azərbaycanın Qarabağ bölgəsində çıxmaması və Azərbaycana qarşı təxribat və terror törətməsi Azərbaycanı anti-terror tədbirlərinə məcbur etdi. Bununla Azərbaycan Ordusu Xankəndi, Xocalı və Ağdərəni də azad edərək Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycanın Zəfər Gününü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, Azərbaycan Dövlətini, Azərbaycan Türk Millətini və Türk Dünyasını ürəkdən təbrik edir!

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərin görüşü başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı …

Təbrizdə İranın müstəmləkəçilik siyasətinə etiraz olaraq vərəqələr yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhərində İranın müstəmləkəçilik siyasətinə etiraz olaraq aksiya …