Çərşənbə , Aprel 24 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Baydenin erməni yalanlarını soyqırım adlandırmasına etiraz bildirişi

GADTB: Azərbaycanın 44 günlük qələbə müharibəsi ermənipərəstlərin erməni nağıllarını həqiqət kimi dünya ictimaiyyətinə sırıma prosesini sürətləndirdi. Bu istiqamətdə I Dünya müharibəsi illərində erməniləri silahlandırıb təşkilatlandırmaqla əli milyonlarla türkün qanına batmış, üstəlik Amerikada milyonlarla qızıldərilinin soyqırımla kökünü kəsən gəlmə amerikalıların naxələf oğlu Co Bayden erməni nağıllarını “soyqırım” kimi qələmə verib. Halbuki, bütün mötəbər tarixi sənədlər və faktlar göstərir ki, 1915-1920- illərdə 5 milyon hüdudunda türk ABŞ, Rusiya, İngiltərə, Fransa və s. müstəmləkəçi ölkələrin himayə etdiyi ermənilər tərəfindən soyqırım edilmişdir.

Co Bayden kimi adını demokrat qoyub rasizmin və yalanın tərəfində olan şarlatanlar ermənilər tərəfindən soyqırıma məruz qalan türkə qarşı erməni yalanlarını həqiqət kimi qəbul etmədən əvvəl yaxşı olardı ki, soyqırıma məruz qoyduqları milyonlarla türkün, qızıldərilinin və s. xalqların əllərinə bulaşmış qanının izini silməyə çalışardılar.

Soyuq müharibə başlayandan bəri ABŞ-ın müttəfiqi olan Türkiyəyə nankor çıxan üzdəniraq “demokrat” Bayden əgər zərrə qədər vicdana sahib olsaydı Reyqan dövründə indi özünün oturduğu Ağ Evin 1915-ci ildə Osmanlı dövründə baş verənlərlə bağlı mötəbər mənbələr əsasında apardığı araşdırmanın nəticələrinə baxıb, ədaləti soyqırıma məruz qoymazdı.

Ədalət qatili olan Co Baydenin necə dələduz və şarlatan olduğunu təsəvvür etmək üçün elə oturduğu Ağ Evin apardığı araşdırmanın nəticələrinə diqqət yetirmək kifayətdir. ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın məsləhətçisi Bryus Feyn apardıqları araşdırmalarla bağlı deyib: “Reyqanın göstərişi ilə Avropada və Osmanlı arxivlərində araşdırma apardıq. Araşdırmada “erməni soyqırımı” iddialarının əsassız olduğu üzə çıxdı. 1.5-2 milyon erməninin öldürüldüyü iddiaları erməni tarixçiləri tərəfindən uydurulub”. O hesab edir ki, 1915-ci ildə ermənilər daha çox türk öldürüb: “Erməni dəstələri Anadoluda 2.4 milyon insanı qırıblar”.

Co Bayden kimi şarlatanların necə ədalət qatili olduğunu bilmək istəyənlər həmin dövrdə erməni əhalisinin sayına diqqət yetirmələri kifayətdir. Həmin dövrdə son Osmanlı siyahıya almasında Anadoluda ermənilərin sayı 1 milyon 290 min olub. Bunlardan bir milyondan çoxu isə Qafqaz, İraq və Suriyada təhlükəsiz yerlərə köçürülüb. Bir hissəsi isə Osmanlı ərazilərində qalmaqdadır. Sayı 1 milyon 290 min olan ermənidən 1 milyonu Qafqaz, İraq və Suriyaya köçürülüb, bir hissəsi də Türkiyədə qalıbsa, necə 1.5-2 milyon erməni öldürülüb?!! Burada hansı soyqırımdan söhbət gedə bilər?!! Lakin kimsəyə sirr deyil ki, 1915-1920-ci illərdə ermənilər regionda milyonlarla türkü soyqırıma məruz qoyublar. Bu həqiqətə şübhə edən varsa buyurub dünya ölkələrinin arxivlərində, o cümlədən Türkiyənin və Ermənistanın arxivlərində araşdırma apara bilər. Əgər Ermənistan arxivi tədqiqatçılara açarsa.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bu qədər həqiqətlərin ortada olmasına rəğmən Co Bayden kimilərin haqqın və ədalətin əleyhinə qərar verdiyini görərək bu haqsızlığa qalib gəlməyin yeganə yolunu türkün birliyində olduğunu düşünür. Artıq kor təəssübün meyar olduğu və yalanın həqiqət kimi qələmə verildiyi beynəlxalq aləmdə Türk Dünyasının birləşib haqqı və ədaləti qorumaqdan başqa yolu qalmır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …