Cümə , Aprel 19 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Güney Azərbaycanda 1918-ci il soyqırımı ilə bağlı bildirişi

GADTB: Rusiya və Qərb dövlətlərinin (İngiltərə, Fransa, ABŞ və s.) əlində alətə çevrilən ermənilər, onların köməyi ilə son iki yüz ildə Azərbaycan və Türkiyə ərazisində türklərə qarşı dəhşətli soyqırımlar törədiblər.

1905-1907-ci illərdən sonra ermənilər 1918-ci ildə də türklərin yaşadığı Osmanlı dövlətinin şərq hissəsi və Bütöv Azərbaycan (Güney və Quzey Azərbaycan) ərazisində yüz minlərlə türkü soyqırıma məruz qoyublar. Bundan məqsəd isə 3 dəniz arasında yerləşən Azərbaycan və Türkiyə ərazilərində xəyalı “Böyük Ermənistan” yaratmaq idi. Lakin bu ərazilər Azərbaycan və Türkiyə ərazisi olduğu üçün burada yaşayan əhali də türklərdən ibarət idi. Bu ərazinin yalnız çox az hissəsinə az sayda erməni, aysor və kürd köçməkdə idi. Ona görə də burada yaşayan Azərbaycan türklərini qırmaq və nəticədə demoqrafik dəyişikliyə nail olmaqla ermənilərə və ya onlarla birləşən aysor və kürdlərə dövlət qurmağa real şərait yaratmağa çalışdılar. Bunun nəticəsində isə Şərqi Anadolu və Azərbaycan ərazilərində türklərə qarşı soyqırım törədildi.

Ermənilər soyqırım törətmə planlarının icrası istiqamətində Qərb və Rusiyanın yardımı ilə aysorlarla birlikdə birləşmiş erməni-aysor silahlı dəstələrini yaradandan sonra kürdləri də onlara birləşdirməyi qarşıya məqsəd qoydular. Lakin kürd dəstələri onlara birləşməsələr də, həmin kürdlərin başçısı İsmayıl ağa Simitqo ayrıca Güney Azərbaycanda soyqırım və qarət törətməkdən əlavə Azərbaycan türklərinin erməni-aysor silahlı dəstələri tərəfindən törədilən soyqırımında da mənfi rol oynamışdır. O özünün törətdiyi qətl və qarətdən əlavə birləşmiş erməni-aysor silahlı dəstəsinin başçılarından biri olan B.Marşimonu 1918-ci ilin mart ayında öldürməklə Azərbaycan türklərinin erməni və aysorlar tərəfindən qisas məqsədilə daha kəskin qətliam edilməsinə səbəb olmuşdur. Simitqonun məhz bu məkirli planı nəticəsində, Salmasın Köhnəşəhər bölgəsi və Urmiyada ilaxır çərşənbədən Azərbaycan türklərinə qarşı erməni-aysor dəstələrinin yeni soyqırım dalğası başlandı. Qara çərşənbə kimi tarixə düşən bu soyqırımın təkcə 3 günündə Urmiyada 15 min nəfərdən çox Azərbaycan türkü, Köhnəşəhər əhalisinin isə əksəri qətliam edildi.

Azərbaycana hücum edən və Azərbaycan ərazilərinə göz tikən ermənilər, aysorlar və kürdlər təkcə XX əsrin birinci yarısında Güney Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, Xoy, Sulduz və Makıda) təxminən 300 min günahsız Azərbaycan türkünü soyqırıma məruz qoydular.

Güney Azərbaycanın qərb bölgəsində Azərbaycan türk millətinə qarşı bu gün də soyqırım və Azərbaycan ərazilərini qəsbetmə planları cizilməkdədir. İndi isə irqçi fars rejim İraq kürdlərini Qərbi Azərbaycan ərazilərinə məskunlaşdırmaqla Azərbaycanın böyük bir hissəsini kürdləşdirməkdədir. Artıq Güney Azərbaycanın qərb bölgəsində kürdlərin əli ilə Azərbaycan türklərin soyqırıma məruz qoyub, Azərbaycan ərazisi hesabına yeni kürd vilayəti yaratmaq planı icra edilməyə başlanıb.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan türk millətini Güney Azərbaycanın qərb bölgəsində millətimizə qarşı yeni soyqırım və terror planı barədə ayıq olmağa və işğalçı fars-molla rejimi və onun əlində alətə çevrilən kürdlərin bu planlarını birlikdə zərərsizləşdirməyə çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …