
GADTB: İranın irticaçı, işğalçı və şovinist fars rejiminin keçirməyə hazırlaşdığı üzdəniraq prezident seçkisi molla rejiminin uzun illərdir özünə saxta legitimlik qazandırmaq üçün keçirdiyi seçki oyununun davamıdır və heç bir şey bu seçki ilə dəyişməyəcək. Hələ ingilislərin əli ilə hakimiyyətə gətirilən Pəhləvi sülaləsi dövründən İran adlanan yerdə seçki adlı bir şey olmayıb. İrqçi fars rejimin hakimlərinin beynində ancaq “Allah, İran və Şah” təsəvvürü olub. Bu gün də mollalar özlərini şah kimi təsəvvür edir və hakimiyyət sistemləri də monarxiyadır. Həm şah, həm də mollaların hökumət modelləri monarxiya olduğu üçün hətta onların şüuraltı təsəvvüründə də seçki anlayışı yoxdur. Onlar yalnız gözdən pərdə asmaq məqsədilə seçki oyunu oynayırlar.
Molla rejimi hazırda sırf özünə legitimlik qazandırmaq üçün manqurt və alətə çevrilmiş bir Azərbaycan türkünü də namizəd elan edib. Bu məsələ əslində heç nəyi dəyişməyəcək və yalnız Azərbaycan Türk Millətini aldadıb səsverməyə çəkib, işğalçı və şovinist molla rejiminə legitimlik qazandırmaqdan başqa bir şey deyildir.
İrqçi və işğalçı fars-molla rejimi ilə heç nə Azərbaycan Türk Millətini bir-birinə bağlamaz və hər hansı Azərbaycan türkünün də buna vasitə və alət olacağı qəbul edilməzdir. Eyni zamanda işğalçı İran rejiminin seçki oyunundakı namizədləri rejimin süzgəcindən keçmiş özlərinin cinayətkar əlaltıları və qulbeçələridir. Rejimin seçki oyunu və onun hər hansı namizədinin seçki adı ilə təyin edilməsi məsələsi Azərbaycana heç bir xeyir gətirməyəcək.
Azərbaycan Türk Millətinin yolu azadlıq və müstəqillik uğrunda irəliləməkdir və hər hansı aldadıcı məsələ Azərbaycana zərərdən başqa heç nə verməyəcək. Kimsə bilərək və ya bilmədən millətimizə yanlış ünvanlar göstərib, öz qısa müddətli şəxsi mənafeləri üçün rejimin seçki oyununa qoşmaq istəyirsə, bu Azərbaycana heç bir xeyir gətirməyəcək. Millətimiz ayıq olmalıdır və bizi bu işğalçı, cinayətkar fars-molla rejimi ilə ortaq heç bir şey bağlamır.
Kimsə və ya hər hansı qrup rejimin oyununa gedib, millətimizi parçalayırsa, bilməlidir ki, onun Azərbaycanda yeri olmayacaq. Azərbaycanın güneyi Azərbaycan türk millətinin vətənidir və burada bu millət öz azadlığı və müstəqilliyi uğrunda mubarizə aparır. Bu rejim və İran adlanan yer dağılmaq ərəfəsindədir. Seçki oyununu da bu rejimin öz ömrünü daha bir müddət uzaqtmaq məqsədilə istifadə edilir. Rejim dünyaya göstərmək istəyir ki, hələ də xalq onları dəstəkləyir. Millətimiz irticaya və işğala son qoymaq niyyətindədir və bizim də işimiz işğalçını Azərbaycandan çıxarıb Güney Azərbaycan Türk Cümhuriyyətini yaratmaqdır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) də Azərbaycan Türk Millətinin milli amalından ilhamlanaraq işğalçı, irticaçı və şovinist İran rejiminin prezident seçkisinə yox deyib, boykota səsləyir.
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi