Cümə , Aprel 26 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Türkmənçay müqaviləsinin ildönümü ilə bağlı bildirişi

GADTB: XIX əsrdə Rusiya-Qacar müharibələri Azərbaycan tarixi üçün faciələrin başlanğıcı olmuşdu. Bu faciənin səbəbi Rusiyanın Azərbaycana qarşı işğalçılıq siyasəti idi. Həmin dövrdə Cənubi Qafqazı, o cümlədən Azərbaycanı işğal etməyə çalışan Rusiya imperyası ilə bölgəni işğaldan qorumağa çalışan Qacarlar arasında uzunsürən müharibələr dövrü başlandı. Əslində həmin dövrdə Rusiyaya qarşı mübarizə aparan Abbas Mirzənin rəhbərlik etdiyi Azərbaycan olmuşdur.

Hələ Ağaməhəmməd şahın göstərişi ilə vəliəhd seçilən Azərbaycan valisi Abbas Mirzə Azərbaycan torpaqlarını itirməmək üçün əlindən gələni etsə də, fars, erməni və xain ünsürlərin xiyanəti nəticəsində Rusiya imperiyasına yenildi. İlk öncə Gülüstan müqaviləsilə, daha sonra isə 10 fevral 1828-ci ildə müharibənin II dövrünün başa çatması ilə nəticlənən Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqları iki hissəyə bölündü. Azərbaycanın quzeyi Rusiya işğalı altına keçdi, güneyi isə Azərbaycan-türk əsilli Qacarlar sülaləsinin idarəsi altında qaldı.

Azərbaycan ərazisinin parçalanması Azərbaycan Türk Millətinə parçalanmış millət taleyi yaşatdı. Beləliklə Azərbaycanın faicələri başlandı. Türkmənçay müqaviləsinin XV maddəsinə əsaslanan Rusiya işğal olunmuş Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq bölgələrinə, eləcə də keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə kütləvi surətdə erməniləri köçürdü. Həmin dövrdən Azərbaycan ərazilərində Azərbaycan türk millətinə qarşı soyqırımlar, fəlakətlər dövrü başladı. Azərbaycan torpaqları hesabına rusun əlilə erməni dövləti yaradıldı. Bu fəlakətin başlıca səbəbkarı ruslar olmuşdur və bu gün də Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsinə yenə də Rusiya və İran mane olmağa çalışır.

Rusiya Azərbaycanın quzey hissəsini işğal etdikdən sonra Azərbaycan-türk dövləti olan Qacarlara qarşı Rusiyanın və Qərb imperyalistlərinin fitnəkarlığı davam etdi və nəhayət onların köməyi ilə Rza xan çevriliş etdi və Azərbaycanın güneyi də fars əsarətinə salındı. Artıq Azərbaycan və Azərbaycan Türk Milləti parçalanmış ölkə və parçalanmış millət kimi günümüzdə bu faciəni yaşamaqdadır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bu faciənin sona çatmasının təkcə yolunun Güney Azərbaycanın müstəqilliyini əldə etməsi və Bütöv Azərbaycanın yaranmasında görür.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Ermənilər Azərbaycanla sərhəddə döyüş mövqelərini sökməyə başladılar

GADTB: Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür. Bu barədə …