Cümə axşamı , Aprel 25 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Xocalı soyqırımının ildönümü ilə bağlı bildirişi

GADTB: Bu gün Ukraynanı işğal edərək, sivil insanları öldürən, tanklarla insanların üstündən keçən rus ordusu, rus imperalizmi bütün dünyaya iç üzünü nümayiş etdirir. Biz bir millət olaraq onların bu vəhşi, qaniçən siyasəti ilə 200 ildən çoxdur ki, tanışıq. Rusiyanın bölgəmizə ayağının açıldığı gündən Azərbaycan Türk Millətinin başına gətirilən bəlalar və onlara qarşı törədilən soyqırımlar tükənmək bilmir. Millətimizə qarşı törədilən belə soyqırımlardan biri də 1992-ci ildə birbaşa rus qoşununun himayəsi və iştirakıilə törədilən Xocalı soyqırımıdır. Fevralın 25-də erməni silahlı qoşunu SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş rusun 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum edərək, şəhəri hər tərəfdən mühasirəyə aldılar. Şəhəri toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutdular. Hər tərəfdən mühasirə alınmış dinc əhali, uşaqlar, qadınlar, yaşlıların bir hissəsi ermənilərin atəşi nəticəsində qətliam edildi. Fevralın 26-ı səhər saat 5-də şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində qalmış şəhərdə təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq şəhəri yerlə yeksan etmiş erməni qoşunu və rus motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdub, onları qəddarlıqla soyqırıma məruz qoymuşlar.

Bütün bunları törədən bir ovuc erməni terroristi ilə yanaşı Rusiyanın 366-cı alayı idi, rus əsgəri, rus ordusu idi. Dünən Alma-atını, bu gün Kiyevi, Xarkovu gülləbaran edən rus ordusu 1992-ci ilin 26 fevralında Xocalını gülləbaran edirdi. Sivillərlə dolu şəhəri top və raket atışları ilə məhv edən rus ordusu daha sonra işgəncə və qarət üçün erməni dəstələrini şəhərə buraxmışdı.

Azərbaycanın qədim Xocalı şəhərində törədilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca olmaqla 613 nəfər qəddarlıqla qətliam edildi. 8 ailə tamamilə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə dəlik-deşik edilmişdi, qarınlarını kəsib körpələrini belə öldürmüşlər. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlı idi.

Ermənilərin rusların maşası kimi Azərbaycan Türk Millətinə qarşı soyqırım siyasəti tarixi Azərbaycan torpaqları hesabına uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə iki yüz ildən bəri davam edir və 1905-1906, 1918-1920, 1948-1853, 1988-1993-cü illərdə bu soyqırəm siyasəti nəticəsində yüz minlərlə günahsız azərbaycanlı soyqırımın qurbanı olmuşdur. 1918-ci ildə təkcə Güney Azərbaycanın qərb bölgəsində- Urmiya, Salmas və Xoy ərazilərində ermənilər rəsmi statistikaya görə 200 min Azərbaycan türkünü soyqırımla məhv etmişlər.

Bu gün də rusların diktəsi ilə ermənilərin Azərbaycan türklərinə qarşı soyqırımı və işğal siyasətinin davam etməsini görməkdəyik. Sırf rusun müdaxiləsi ilə 44 günlük II Qarabağ müharibəsində yenə də Xocalı erməni əsirliyində qaldı. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan dövləti və türk millətinin mənafeyi istiqamətində Azərbaycan türklərinin soyqırımının dünya səviyyəsində tanıdılması üçün əlindən gələni edir və Azərbaycan türk millətini də bu istiqamətdə fəal olmağa çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …