Şənbə , Oktyabr 3 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Xoyda zəlzələ və partlayışla bağlı bildirişi

GADTB: Güney Azərbaycanın Xoy bölgəsində əvvəlki zəlzələdən qısa müddət sonra gecə vaxtı yenidən zəlzələ baş verdi. Zəlzələ İran adlanan yerə hücumla təxminən eyni zamana təsadüf edib və zəlzələ zamanı Xoyda da göydə partlayışların baş verməsi kameralar vasitəsilə qeydə alınıb.

İrqçi fars rejim həm Pəhləvi, həm də molla rejimi dövründə Güney Azərbaycana qarşı müstəmləkə siyasəti yeritməklə, burada zəlzələyə davamlı infrastrukturun yaranmasına mane olmuşdur. Nəticədə Güney Azərbaycan cüzi zəlzələlərlə də ciddi şəkildə dağıntıya məruz qalır və çox sayda soydaşımız zəlzələnin qurbanına çevrilib və ya xəsarət alır. Bununla yanaşı molla rejimi son illərdə heç nədən çəkinmədən açıq şəkildə Azərbaycan Türk Milləti ilə düşmənçiliyə başayıb, zəlzələ bölgəsinə qəsdən heç bir yardım çatdırmadan köməksiz qalan əhalinin daha acınacaqlı vəziyyətə düşməsinə və tələfatın artmasına səbəb olur.

Qışın sərt keçdiyi bölgədə evlərini itirmiş Azərbaycan türkləri dövlətin tamamilə ögey münasibətilə qarşılaşmış və qarlı hava şəraitində acınacaqlı vəziyyətdə qalıblar. Belə ağır və acınacaqlı şəraitdə ümid yalnız Azərbaycan Türk Millətinədir və bu millət özü səfərbər olub öz soydaşlarını acınacaqlı durumdan qurtarmalıdır. Keçən illərin təcrübəsi də göstərib ki, xaricdən və ya daxildən zəlzələ bölgəsi üçün edilən humanitar yardım da molla rejimi tərəfindən zəlzələdən əziyyət çəkənlərə yox, terrorçu qruplara çatdırılacaq.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Türk Millətini birliyə və zəlzələdən əziyyət çəkən insanlarımıza yardımcı olmağa çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

46 ölkə İranda müxaliflərin və etirazçıların edamlarının davam etdirilməsini pisləyib

GADTB: Dünyanın 46 ölkəsi BMT İnsan Hüquqları Şurasına birgə bəyanat təqdim edərək İranda edamların davam …

May Sato: İrandakı azərbaycanlılar dil ayrı-seçkiliyi və Urmiya gölü ətrafında ekoloji dağıntıların nəticələri ilə üzləşirlər

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi May Satou etnik və dini azlıqlara qarşı …