Şənbə , Aprel 25 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Yenigün-yaz bayramı münasibəti ilə təbrik mesajı

GADTB: Bütün Türk Dünyasında qədim zamanlardan qutlanan Yenigün-yaz bayramı günümüzdə böyük bir coğrafiyada qutlanır. Təbiətin oyanması və yazın gəlişi ilə bağlı olan Yenigün-yaz bayramı kökü türkün yaşam tərzindən qaynaqlanan və sonradan türk şahları tərəfindən hərfi tərcümə şəklində tacik dilinə tərcümə edilən Novruz bayramı hazırda fars kimi tanınan taciklərin tarixindən yüz illər öncə türkün tarixində Yengigün (Yenigün) bayramı şəklində mövcud olub və tarixə düşmüşdür. Hələ hun türklərinin bu bayramı keçirməsi barədə danılmaz tarixi faktlar mövcuddur.

Yenigün bayramının qədimdən türklərin bayramı olması ilə bağlı da “Divani Lüğət-it-türk” kimi mötəbər əsərdə danılmaz faktlar mövcuddur. Belə ki, həmin əsərdə oğuzlu-qıbçaqlı bütün dünya türklərinin qeyd etdiyi bu milli bayram “Yengigün” (Yenigün) kimi qeyd edilmişdir. Yengigün bayramı daha sonralar farscaya hərfi tərcümə edilərək Novruz şəklində türk imperatorluqlarının ərazisində işlədilmişdir. “Yenigün” sözü türk sultanlarının (Səlcuqlu Məlikşah) göstərişi ilə farscaya tərcümə edildiyi üçün bir çox bölgələrdə Novruzi Sultan və Sultan Novruzu şəklində işlədilmiş və hətta bir sıra türk ölkələrində bu gün də bu şəkildə işlədilməkdədir. Yenigünün tərcümə forması olan Novruz böyük Səlcuqlu sultanı Məlikşahın təqvim islahatlarından sonra yayılmışdır.

Türk millətinin hələ on min il öncədən formalaşdırdığı Yenigün- yaz bayramı insanların ilkin həyat tərzi, əkinçilik və təbiətin qışdan sonra yenidən oyanması ilə bağlı olmuşdur. Bu bayram əsas iki qitəyə yayılmış türklərin hamısında dinindən asılı olmayaraq keçirilir. Hətta prototürk xalqlar hesab edilən İkiçayarasında Savır və Şumerlərdə belə Yenigün bayramı keçirilmişdir.

Bu gün terrorçu və işğalçı fars-molla rejimi dağıdıcı siyasəti ilə Güney Azərbaycanda da daxil bütün bölgəni dağıdıcı müharibəyə sürükləyib. Lakin irticaçı molla rejimin son nəfəsləridir və tezliklə millətimizin azadlığa çıxacağı gün gəlməkdədir. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Yenigün-yaz bayramı münasibəti ilə Güney Azərbaycan və Quzey Azərbaycanda Azərbaycan Türk Millətini, eləcə də Türk Dünyasını təbrik edir, millətimizə mutluluq və aydın gələcək, Güney Azərbaycan daxil olmaqla əsarətdə olan digər türklərə azadlıq və müstəqillik arzulayır.

Yenigün-yaz bayramınız mübarək!

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Təbrizdə silahlı şəxs öldürüldü

GADTB: Aprelin 23-də Təbrizdə atəş açan silahlı şəxsi polis qüvvələri öldürüb. Bu barədə yerli media …

İran–ABŞ danışıqlarının yenidən başlanması ehtimal edilir

GADTB: “Reuters” agentliyi üç pakistanlı mənbəyə istinadən İran və ABŞ arasında sülh danışıqlarının yaxın zamanda …