Çərşənbə , Aprel 24 2024
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin 20 Yanvarın ildönümü münasibəti ilə bağlı bildirişi

GADTB: Qara yanvarın ildönümürus işğalçılığına etiraz günüdür (rus işğalçı siyasəti və qara yanuvar)

Hörmətli Azərbaycan milləti

 200 ildir ki, ruslar bir zəli kimi bütöv Azərbaycan millətinin canına düşüb, öz işğalçı və düşəmənçilik siyasətlərindən əl götürmürlər. Onalr keçən iki yüz ildə millətimizin başına gələn bəlaların səbəbkarıdırlar. Azərbaycanımızın ikiyə bölünməsi, Azərbaycan demokratik cümhuriyyətinin yox edilməsi, Azərbaycan ərazisində qondarma Ermənistanın yaradılması, Güney Azərbaycanda milli hökumətə arxadan xəncər vurulması, 37 və 60-cı illərin represyiaları, Sibir sürgün və düşərgələri və nəhayət Quzey Azərbaycanın müstəqilliyini qəbul etməyərək insanlarımızı tankların altında əzəmələri, süngülərlə öldürmələri, 30 il erməni örtüsü altında vətənin yüzdə 25-i işğal altında saxlayan Moskva caniləri, hələ də millətimizə və vətənimizə qarşı bu işğalçı və düşəmənçilik siyasətini sürdürməkdədir. Bunun açıq nümunəsi 44 günlük vətən muharibəsində millətimizin o biri düşməni olan Tehran rejimi ilə birgə ermənilərə sursat və savaş vəsaiti göndərəməklə qalmayıb, savaşın son mərhləsində də Azərbaycan dövlətinə açıq təzyiq və basqılarla Azərbaycanda rus varlığını qarantı etmək üçün müqavilə imzalamağa məcbur etdi. Qarabağ məsələsinin birdəfəlik həllinə mane oldu. Sözdə sülhməramlı۱۰ min rus saldatını Qarabağa yerləşədirdi. Millətimizə qarşı keçən bu iki yüz ildə bütün bu cinayətləri edən və 20 yanvarda insanlarımızı tanklar altında əzənlər, 44 günlük savaşda rus sıilahları ilə igidlərimizi qətlə yetirib, əlləri millətimizin qanına bələşmiş bu qatil ruslar necə sülhməramlı ola bilərlər. Onlar işğalçı cinayəkar rus ordularıdır.

Biz İstiqlalçılar Birliyi olaraq bütöv Azərbaycanımızın milli mənafeı açısından çıxış edərək, 50 milyonluq Azərbaycan millətinə üz tutub deyirik ki, bu il əvvəlki illərdən fərqli olaraq Qara Yanuvarın ildönümündə şəhidlərimizi yad etməklə yanaşı, onların qatilləri olan ruslara qarşı etiraz gününə çevirməliyik. Savaşda olduğu kimi, hamımız bir yumruq kimi ayağa qalxaraq şüar və plakatlarla rus işğalçı siyasətinə etirazımızı bildirməliyik, biz ölkəmizdə bir tək rus saldatının da olmasını istəmirik, deməliyik və bütün dünya ictimaiyyətinə də bunu göstərməliyik. Güney Azərbaycanda səslənən «rus, fars, erməni, Azərbaycan düşməni» şüarı bütöv Azərbaycan üçün keçərlidir. Bəli, düşmənlə düşmən kimi rəftar edilməlidir. Onların özümüzdən olan qulluqçularını boşqab dibi yalayanlarını tanımalıyıq, bütöv dövlət dairələrindən qovmalıyıq, onlarla kolabrator kimi hərəkət edilməlidir. Bir tək rus saldatı ölkəmizdə qaldığı müddətcə Xəlil Rzanın sözü ilə desək davam edir 37 .

Yaşasın millətimizin işğalçı fars, rus və erməniyə qarşı ortaq mübarizəsi!!

Eşq olsun vətənin azadlığı və müstəqillyi uğrunda canlarını qurban verən bütün şəhidələrimizə və onların ailələrinə!

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …