Güney Azərbaycan Milli Hərəkatının həbsdəki fəalları aclıq aksiyasına başlayacaqlarını elan etdi

GADTB: Güney Azərbaycan Milli Hərəkatının həbsdəki üzvləri Mahmud Ocaqlu, Ayaz Seyfxah və Əbdüləziz Əzimiqədim, Evin həbsxanasından aclıq aksiyasına başlayacaqlarına dair yeni bəyanat yayıblar.

Bəyanatda deyilir:

“Salamlar və hörmətlər, əziz dostlar, milli bacı-qardaşlar. Evin həbsxanasından bir daha səsimizi çatdırırıq. Bildiyiniz kimi, bu ayın ilk günlərində biz də dostlarımızla birlikdə aclıq aksiyasına başlamışıq. Arada aparılan danışıqlar əsasında, aclıqda olan dostlarımızla mülahizələrimizə əsaslanaraq, məhkəmə və həbsxana rəhbərliyinə yaxşı niyyət göstərmək üçün bir neçə nəfər bu aksiyadan ara verdik və onların verdiyi vədlərə baxmaq imkanı yaratdıq.

Təəssüf ki, nə biz, nə də aclıqda qalan dostlarımız, prosesdən razı qala bilmədik.”

Bəyanatda həmçinin qeyd olunub:

“Bu gün birgə məktubla məhkəmə məsullarına bir daha xəbərdarlıq edərək, iki gün (bazar ertəsinə) onlardan gözlənilən addımları gözləyəcəyik və elan edirik: Əgər tələblərimizə cavab verilməsə, yaxın günlərdə biz də aclıq aksiyasına yenidən qatılacaq və dostlarımızla birlikdə davam edəcəyik.

Təbii ki, bu məsələ yalnız bizim həbsdə olanların problemi deyil, həm də milli hərəkatın, eləcə də vətənimizin və millətimizin məsələsi və gələcəyidir. Bu yolda bütün canını qurban verən və narahatlıq çəkən dostlarımıza təşəkkür edir, onların daha böyük dəstəyini gözləyirik.”*

Bəyanatı imzalayanlar:

Mahmud Ocaqlu, Ayaz Seyfxah, Əbdüləziz Əzimiqədim

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …