Cümə , Oktyabr 16 2026
azfa

Güney Azərbaycan Mühəqqiq Ərdəbili Universitetində Azərbaycan türkcəsi təlimi ilə bağlı banner götürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbilin Mühəqqiq Ərdəbili Universitetinin “Xətai” Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan Azərbaycan türkcəsi təliminin banneri gecə saatlarında əvvəlcədən xəbərdarlıq edilmədən götürülüb.

Məlumata görə, “Xətai” Mədəniyyət Mərkəzinin təlimi bir çox öyrəncinin diqqətini çəksə də, universitet rəhbərliyi seminarın keçirilməsinə qarşı çıxıb. Qeyd edək ki, universitet rəhbərliyinin sözügedən təlimin keçirilməsinə maneə yaratmasına səbəb bannerdə “Anama oxşarlığımdır, Ana dilim!” yazısı olub. Senzuraya etiraz edən tələbələr isə universitet şəhərciyində yazısı olmayan ağ pankart quraşdırıblar.

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …