Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Güney Azərbaycan şəhərlərində Traxtur komandasının çempionluq şənliyi keçirildi- Video

GADTB: Axşam saatlarında Güney Azərbaycan şəhərləeində Traxtur komandasının çempionluq şənliyi keçirilib.

Təbriz, Urmiya¸ Ərdəbil, Miyana, Zəncan, Xoy, Mərənd, Sulduz, Tehran və s. Güney Azərbaycan şəhərlərində Traxtur komandasının çempionluq şənliyi keçirilib. Təbrizin bütün məhəllələrində möhtəşəm şənlik keçirilib. Azərbaycan Türk Milləti şənlik edərkən milli şüarlar səsləndirib:

“Azərbaycan var olsun, istəməyən kor olsun!”

“Türk dilində mədrəsə- olmalıdır hər kəsə”

“Bu torpaqdan pay olmaz, Astara Gilan olmaz”

Və s. milli şüarlar səsləndirilib.

Miyana şəhərində hökumət qüvvələri “Traktor” komandasının azarkeşlərinə hücum edib  

Polis məmurları “Traktor” komandasının çempionluq bayramı münasibətilə keçirilər yürüşü dağıtma məqsədi ilə Miyana şəhərinin küçələrində şəhər əhalisinin toplanmasının qarşısını almağa başlayıb.

Məmurlar şəhərdə gənclərdən birini tutaraq polis maşınına mindiriblər.

 Bu an vətəndaş digər bir ictimai fəal gəncin həbsinə etiraz edib. Lakin məmurlar həmin fəalı da həbs ediblər, lakin onlar  vətəndaşların müdaxiləsi və müqaviməti ilə üzləşib və sonda həbs olunan hər iki gənci sərbəst buraxmağa məcbur olublar.

Video:

https://t.me/GADTB1/42371

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …