GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bazar ertəsi bir qrup telekommunikasiya sahəsində işləmiş təqaüdçü Güney Azərbaycan və İranın bəzi şəhərlərində bu şirkətin binaları qarşısına toplaşıb.
Bir qrup telekommunikasiya təqaüdçüsü Zəncan, Kirmanşah, Rəşt, İsfahan, Sənəndəc, Təbriz, Urmiya, Sarı, Mərivan, Bicar və Xürrəmabadda şirkətin binaları qarşısında etiraz aksiyası keçirib.
Onlar təqaüdlərinin bərabərləşdirilməsinin ədalətli həyata keçirilməsi, dövlət qulluğu haqqında qanunun 21-ci maddəsinin 1-ci qeydinin və Konstitusiyanın 44-cü maddəsinin ümumi siyasətinin 33-cü maddəsinin 2-ci qeydinin həyata keçirilməsi, müavinətlərin ödənilməsi və bununla bağlı problemlərin həlli əlavə sığortaya və s. haqlarını tələb ediblər.