Çərşənbə , Oktyabr 14 2026
azfa

Güney Azərbaycan zindanlarında siyasi məhbuslar da aclıq aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Güney Azərbaycanın Xoy, Urmiya, Sulduz, Ərdəbil, Salmas və Təbriz şəhərlərinin zindanlarında həbsdə saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə aclıq aksiyası keçiriblər.

Bu barədə “Edama yox Kampaniyası”nın yaydığı bəyanatda bildirilib.

Aksiya keçirən məhbuslar, bu vasitə ilə beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək istəyirlər.

Adı çəkilən Azərbaycan şəhərləri ilə yanaşı İranın 19 şəhərinin həbsxanalarında da siyasi məhbuslar eyni tələblə aclıq aksiyasına başlayıblar.

Aclıq aksiyası 44-cü dəfədir ki, hər həftənin ikinci günü keçirilir.

Qeyd edək ki, yeni ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında edam edilənlərin sayı 820-i keçib.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …