Şənbə , Sentyabr 19 2026
azfa

Güney Azərbaycana düşmənçilik; Təbriz hava limanından Bakıya uçuşlar əvəzinə İrəvana uçuşlar başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz Hava Limanından Bakıya uçuşlara başlamaq əvəzinə İrəvana uçuşlar başlayır.

“Asa Jet” Hava Yolları şirkəti Təbriz-İrəvan və əks istiqamətdə təyyarə reyslərinə başlayıb.

Arazın hər iki tərəfində Güney və Quzey Azərbaycanda çoxlu qohumluq bağlarının mövcudluğuna və Güneylə Quzey Azərbaycan arasında çoxlu ortaqlıqlara baxmayaraq Təbrizlə Bakı arasında təyyarə reyslərinin qurulmalı olduğu halda, aralarında heç bir ortaqlıq olmayan Təbrizlə İrəvan arasında təyyarə reysləri açılır.

Bu qərəzli və tamamilə siyasi məsələ təbii ki, azərbaycanlıların həmrəyliyinə xələl gətirmək məqsədi ilə həyata keçirilir, lakin onlar öz mənfur məqsədlərinə çata bilməyəcəklər və tarix qarşısında cavab verəcəklər.

Şərqi Azərbaycan Hava Limanlarının baş direktoru Ramin Azəri bubarədə məlumat verib.

Onun sözlərinə görə, uçuşlar həftənin çərşənbə axşamı və cümə axşamı günləri Təbriz hava limanından həyata keçiriləcək.

Həmçinin yoxlayın

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …