
GADTB: Azərbaycanlı professor, doktor Puya Əlaəddini Güney Azərbaycana qarşı sistematik ayrı-seçkiliyə etiraf edib.
O deyib ki, Pəhləvi dövründə başlayan və İslam Respublikası dövründə güclənən Azərbaycan iqtisadiyyatının sistematik ayrı-seçkilik yolu ilə dağıdılıb.
Əlaəddini vurğulayıb ki, onilliklər ərzində mərkəzçilik siyasəti milyonlarla azərbaycanlını iş tapmaq üçün əsasən farsdilli ərazilərə fəhlə kimi miqrasiya etməyə məcbur edib.
Əlaəddini “assimilyasiya” prosesinə də toxunaraq deyib: “Tehran əhalisinin üçdə biri türk olsa da, onların çoxu türkcə danışa bilmir”.
Qeyd edək ki, doktor Puya Əlaəddinin bu etirafı İranda türk millətinin köhnə yaralarını bir daha gözlər önünə sərib və türklərə qarşı struktur ayrı-seçkiliyinin illüziya deyil, hələ də davam edən acı bir reallıq olduğunu göstərib.