GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, bu gün 2019-cu il yanvar ayının 24-də bir qrup azərbaycanlı müəəllim Ərdəbildə etiraz aksiyası keçiriblər.
Ərdəbil şəhərində azərbaycanlı müəllimlər əmək haqqının aşağı olması və digər ayrıseçkilik məsələləri ilə bağlı Ərdəbilin Təhsil İdarəsinin qarşısına toplaşıb rejimə öz etirazlarını bildiriblər.
Qeyd edək ki, bundan öncə də azərbaycanlı müəllimlər dəfələrlə əmək haqqının aşağı olması və digər ayrıseçkilik məsələləri ilə bağlı etiraz aksiyası keçirmişlər.