Güney Azərbaycanda 200 min xalçaçı işini itirib

GADTB: Şərqi Azərbaycan əyalətində xalça ixracatının azalması 400 istehsalat müəssisəsinin, 1200 xalça mağazasının bağlanması və 200 min toxucunun işsiz qalması ilə nəticələnib.

Şərqi Azərbaycan əyalətinin Nümayəndələr Məclisinin rəhbəri Əlirza Novin bu barədə açıqlama verib.

Novin deyib: “Bu məsələ ölkənin ən yüksək qərarverici orqanları səviyyəsində qaldırılmalı, maneələrin aradan qaldırılması və Təbriz xalçalarının keçmiş statusunun bərpası üçün ciddi planlaşdırma aparılmalıdır”.

Xalça ixracından əldə olunan gəlirin 40 milyon dollara qədər azaldığını deyən Əlirza Novin, Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyini Təbriz xalça sənayesinə xüsusi diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, 2015-ci ildə Ümumdünya Əl İşləri Şurasının təsdiqi ilə Təbriz müxtəlif göstəricilərə görə “Dünya Xalçaçılıq şəhəri” adına layiq görülüb.

15 il əvvələ kimi İranda illik xalça ixracı 2 milyard 700 milyon dollara bərabər olduğu halda, indi illik xalça ixracatından əldə edilən illik gəlir 70 milyon dollara qədər azalıb.

Həmçinin yoxlayın

Urmiyada 6 min bələdiyyə işçisi və əməkdaşının sığortası dayandırılıb

GADTB: Urmiya bələdiyyəsində çalışan təxminən 6 min işçi və əməkdaşın sığortasının dayandırılması onların və ailələrinin …

Zəncanda yenidən saxlanılan Leyla Cəfərlunun taleyindən məlumat yoxdur

GADTB: Zəncan şəhərindən olan azərbaycanlı gənc xanım Leyla Cəfərlunun yenidən saxlanılmasından bir neçə gün keçməsinə …