Cümə axşamı , Oktyabr 15 2026
azfa

Güney Azərbaycanda Ana Dili Günü aksiyası davam edir; Təbriz, Ərdəbil və Zənganda türkcə kitablar paylanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə Güney Azərbaycanın Təbriz, Zəngan və Ərdəbil şəhərlərində məktəblilərə Azərbaycan türkcəsində kitabların paylanılması davam edib.

Təbriz, Zəngan və Ərdəbil şəhərində azərbaycanlı milli fəallar 21 fevral günü ilə bağlı çoxlu sayda çap edilmiş türkcə hekayə kitabları paylamaqla azərbaycanlı uşaqların öz dillərində oxumağına şərait yaratmağa çalışıblar.

Qeyd edək ki, müstəmləkə siyasəti yeridən irqçi fars-molla rejimi Azərbaycan türkcəsini qadağan etməklə Azərbaycan türk millətini bir millət kimi məhv etmək istəyir.

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 44 ildır ki, bu prinsipin həyata keçirilməsinə mane olur və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edir.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …