Cümə , Oktyabr 16 2026
azfa

Güney Azərbaycanda İran rejini tərəfindən həbs edilən milli fəallara dəstək aksiyası keçirilib

GADTB: Dünən təbiət günü ilə əlaqədar Güney Azərbaycanda İran rejini tərəfindən həbs edilən milli fəallara dəstək aksiyası keçirilib.

Aksiya iştirakçıları həbsdə olan milli fəalların adlarını vərəqələrdə yazaraq nümayiş etdiriblər.

Etiraçıların əllərində İran həbsxanalarında saxlanılan azərbaycanlı fəalların adları yazılmış əlyazmalar olub.

Onlar həmçinin üzərində türkcə “Vətən uğrunda dustaq olan mübariz yoldaşlarımız, yeni iliniz qutlu olsun” sözləri yazılmış plakatlar hazırlayıblar.

Qeyd edək ki, Araz Əman, Ayaz Seyfxah, Bağır Hacızadə, Əbdüləziz Əzimi Qədim, Kərəm Mərdanə, Mürtəza Pərvin, Mahmud Ocaqlı, Muxtar İbrahimi, Fatimə Atəşi Xiyavi, Vədud Əsədi, Məhəmmədrza Fəqihi, Tahir Nəqəvi, Səyyad Məhəmmədian, Aydın Məhəmmədi, və Kərim İsmayılzadə İran həbsxanalarında saxlanılan azərbaycanlı fəallardır.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …