GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən 2019-cu il noyabrın 1-də Təbrizin Səhənd stadionunda yüz minə yaxın azərbaycanlı gənc üzərində türk və ingilis dillərində “Seçim sizinlədi, Çexoslavakiya yoxsa Yuqoslaviya?” yazılmış böyük parçanı açmaqla Güney Azərbaycanın haqlı istiqlal tələbini dünyaya çatdırdılar.
Azərbaycanlı gənclər Güney Azərbaycanın müstəqilliyinin qaçılmaz olduğu və “Seçim sizinlədi, Çexoslavakiya yoxsa Yoqoslaviya?” yazılmış banneri nümayiş etdirməklə irqçi fars rejimə və dünya ictimaiyyətinə düzgün seçimin nə olduğunu açıq dillə bəyan ediblər.
Qeyd edək ki, 31 dekabr 1992-ci ildə Çexoslavakiyada dinc anlaşma yolu ilə iki Çex və Slovakiya ölkəsi meydana gəldi. Bu ölkələr hazırda Avropanın inkişaf etmiş ölkələri sırasındadır.
1989-1992-ci illərdə isə Yuqoslaviyada serblərin irqçiliyi və başqa xalqlara hüquq tanımaması nəticəsində fəlakət yaşandı və nəhayət bu ölkə 7 ölkəyə bölündü.
Güney Azərbaycan isə 100 ilə yaxındır irqçi fars rejim tərəfindən müstəmləkə edib və talanaraq gündən-günə məhv edilir. Ona görə də haqlı olaraq Azərbaycan türk milləti istiqlal mübarizəsinə qalxıb və Güney Azərbaycanı irqçi fars əsarətindən qurtarmağa çalışır.