GADTB: Güney Azərbaycanda Urmiya gölünün bərpası tələbilə posterlər yayılıb. Oktyabrın 15-də Təbrizdə Urmiya gölünün qəsdən qurudulması siyasətinə etiraz olaraq şəhərin müxtəlif yerlərində posterlər yapışdırılıb.
Posterlərdə “Urmu_Araz_Üçün_Birlik”; “Urmu gölünün qurudulması Azərbaycanın qarətinin başlanması deməkdirr” şüarları yazılıb.
Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəallar bu addımla rejimin Antiazərbaycan siyasətinə etirazlarını bildiriblər.