GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya şəhərindən azərbaycanlı millət vəkili Ruhullah Həzrətpur öz “Twitter” səhifəsində yazdığı statusda Ermənistanı bəzi ölkələrin əlaltısı adlandıraraq yazıb ki, regionda sülh və sabitliyi pozan rəsmi İrəvandır.
Ruhullah Həzrətpur həmçinin yazıb: “Ermənistan axmaq hərəkətlərinə davam etməzdən əvvəl region ölkələri və millətlərinin eyni din və dili daşıdıqları Azərbaycan xalqının yanında olduqlarını anlasa daha yaxşı olar”.
Həzrətpur həmçinin işğalçı Ermənistanı düşmən və işğalçı adlandırıb, Qarabağ torpağının Ermənistanın işğalında qalmayacağını bildirib.