Cümə axşamı , Oktyabr 15 2026
azfa

Güney Azərbaycandan olan idmançı Ginnesin rekordlar kitabına düşüb

GADTB: Güney Azərbaycanın Mərənd şəhərindən olan idmançı və kunq-fu ustası Əqil Qardaşzadə, Ginnesin beynəlxalq jurnalı və nəşri tərəfindən 2023-cü ildə İran adlanan ərazidən dünyada ən yaxşı idmançısı seçilib.

5-ci Dan qara kəmər sahibi olan Qardaşzadə kunq-fu döyüş sənətində “Tua” üslubunun ustası, beynəlxalq məşqçi, hakim və Mərənd Kunq-fu Federasiyasının rəhbəridir.

Qeyd edək ki, azərbaycanlı idmançı Əqil Qardaşzadə eyni idman növündə 49 hərəkətlə 2017-ci ildə “Ginnesin rekordlar kitabı”na düşən İran adlanan yerdən olan idmançını 55 hərəkət edərək üstələyib.

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …