Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Güney Azərbaycanın Həmədan bölgəsində ilk Aşıq Musiqi Festivalı keçirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Həmədan bölgəsində ilk Aşıq Musiqi Festivalı keçirilir.

Bu barədə Həmədan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin rəisi Əhmədrza Ehsani açıqlama verib.

Fevralən 9-da Həmədanın ilk Aşıqlar Musiqi Festivalı 18 musiqi qrupunun iştirakı ilə əyalətin Kövrəng şəhərində başlayıb.

Fevralın 3 və 4-ü tarixlərində keçirilməsi nəzərdə tutulan festival iranlı din xadimlərindən birinin öldüyünə görə təxirə salınaraq fevralın 9 və 10 tarixlərinə keçirilib.

Əhmədrza Ehsani festivalla bağlı mediaya müsahibəsində festival muğam və aşıq musiqisinin qorunub saxlanılması, əyalətin bu sahədəki mövcud potensialının ortaya çıxarılması və Həmədan sənətçilərinin tanıdılması məqsədilə keçiriləcəyini demişdi.

Ehsani festivalda musiqi ifasi ilə yanaşı bu sahədə olan kitabların və tədqiqat əsərlərinin, məqalələrində yer alacağını və dəyərləndiriləcəyini qeyd edib.

Qeyd edək ki, 2019-cu ilin fevral ayında Həmədan şəhərinin “Buəli” Mədəniyyət Kompleksində “Aşıqlar və Musiqilər” adlı festivalın keçirilməsi planlaşdırılmışdı. Festival hökumət qurumları və panfarsist cərəyanların basqısı nəticəsində baş tutmamışdı.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …