Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Güney Azərbaycanın Kəleybər şəhərində Beynəlxalq Ana Dili Günü ərəfəsində şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Kəleybər şəhərində azərbaycanlı milli-mədəni fəallar şəhər divarlarına ana dili ilə bağlı müxtəlif şüarlar yazmaqla 21 Fevral –  Beynəlxalq Ana Dili Gününü qutlamaqla yanaşı irqçi İran rejiminin türk dilində təhsili qadağan etməsinə etirazlarını bildiriblər.

Azərbaycanlı fəallar “Ana dilində təhsil qadağası savadsızlığa səbəb olur”, “Ana dilində təhsil hər bir fərdin ibtidai hüququdur”, “2 isfənd (21 fevral) Ana Dili günü”, “Mənim ana dilim hanı” və s. belə şüarlar yazmaqla İran rejiminin türk dili ilə düşmənçiliyinə etiraz ediblər.

Qeyd edək ki, 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin dəstəyi ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Hazırda azərbaycanlı milli-siyasi fəallardan Əlirza Fərşi, Tohid Əmir Əmini, Behnam Şeyxi, Kiyanuş Aslani və Həmid Mənafi Beynəlxalq Ana Dili Gününündə təbrik posterləri payladıqları üçün İran rejimi tərəfindən həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …