Bazar ertəsi , Oktyabr 5 2026
azfa

Güney Azərbaycanın Marağa bölgəsində 9 milyon illik heyvan fosilləri aşkar edilib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Marağa bölgəsində 9 milyon illik onurğalı heyvanlara məxsus fosillər aşkar edilib.

Marağa şəhərinin Ətraf Mühit Mühafizə İdarəsinin rəisi Qulamrza Zare bu barədə məlumat verib.

O, bu gün bildirib ki, bölgədə 9 milyon illik onurğalı heyvanlara xas fosillər aşkar edilib. Bu İran və Orta Şərqin “Fosil cənnəti” adlanan Marağada bu qəbildən olan neçənci tapıntıdır.

Qulamrza Zareinin sözlərinə görə, Marağanın Qara kənd bölgəsində çox sayda Zürafə, Fil, Kərgədan, Ceyran, At və Donuz fosilləri aşkar edilib.

Zare hazırda burada fosilləşmiş heyvanların bədənlərinin 140 hissəsinin aşkar edildiyini və artıq tədqiqat üçün onların Marağa Fosil Araşdırma Mərkəzinə göndərildiyini deyib.

Qulamrza Zarei bildirib ki, Marağada fosil bölgəsinin sahəsi bu günə kimi 40 kvadrat kilometr ərazini əhatə edirdi. Lakin son tapıntılarla həmin sahə 50 kvadrat kilometrə qədər genişlənib.

Marağa şəhərinin Ətraf Mühit Mühafizə İdarəsinin rəisi son illər bölgədə aparılan axtarışlar zamanı 2000 onurğalı heyvan fosilinin aşkarlandığını bildirib.

Həmçinin yoxlayın

Səməd Heydəri girov və elektron qandalla Təbriz həbsxanasından azad edilib

GADTB: Azərbaycan türkü fəal Səməd Heydəri 6 milyard tümənlik girovun qoyulması və elektron qandal tətbiqi …

İranda 70 min tibb bacısı evdə oturub; istefa dalğası davam edir

GADTB: Tibb Bacıları Evinin baş katibi Məhəmməd Şərifi-Müqəddəm İranda təxminən 70 min tibb bacısının işsiz …