Şənbə , Oktyabr 17 2026
azfa

Güney Azərbaycanın Muğan bölgəsinbdə sel fəlakəti ciddi tələfat və xəsarətə səbəb olub- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan bölgəsinbdə sel fəlakəti ciddi tələfat və xəsarətə səbəb olub. Sel daşqınları Germi-Biləsuvar yolunu bağlayıb. İtkin düşənlər var!

Ərdəbil əyaləti Yol İdarəsinin rəis müavini Aydın Haşemi deyib: “Sel Əncirlü körpüsünün bir hissəsinin dağılmasına və çökməsinə səbəb olub və  nəticədə Germi-Biləsuvar yolu bağlanıb. Şahtəpəsi və Alişan kəndlərində də yolları su basıb”.

Dünən Ərdəbil əyalətinin əksər ərazilərində yağan güclü yağışlar nəticəsində Germi və Biləsuvar şəhərlərində daşqınlar baş verib. Baş verən sel bir qadın və oğlunun ölümünə, 5 nəfərin itkin düşməsinə, 2 nəfərin yaralanmasına və rayon sakinlərinin yüzlərlə qoyun-keçisinin tələf olmasına səbəb olub.

Həmçinin sellə əlaqədar Zərgər, Mikael Dərəsi, Tovuz Dərəsi, Damdabaca, Qara Ağac, Tikanlı və s. kəndlərin sakinlərinin içməli su təchizatının dayanması və onların rabitə yollarının tamamilə məhv edilməsi barədə məlumat verilib.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …