Cümə , Sentyabr 18 2026
azfa

Güney Azərbaycanın Qəzvin bölgəsində təqqüdçülər etiraza qalxıblar

GADTB: Mayın 19-da Güney Azərbaycanın  Qəzvin bölgəsində təhsil işçiləri və təqaüdçülər Təhsil İşçilərinin Ehtiyat Fondunun hazırki vəziyyəti və mülkiyyət hüquqlarının olmamasına etiraz olaraq aksiya keçiriblər.

Təhsil Nazirliyinin Qəzvindəki yerli bölməsinin qarşısına toplaşan müəllimlər, Təhsil İşçilərinin Ehtiyat Fondunun hazırki vəziyyəti və mülkiyyət hüquqlarının pozulmasına etiraz ediblər.

Etirazçılar Müəllimlərin Ehtiyat Fondunun fəaliyyəti ilə bağlı məmurlardan hesabat tələb ediblər.

Onlar illərdir ki, daha yaxşı gələcəyə sərmayə qoymaq ümidi ilə maaşlarının bu fonddan tutulduğunu, lakin hələ də şəffaf və məqbul gəlir əldə etmədiklərini bildiriblər.

Azərbaycanlı müəllimlər həmçinin fondun idarə edilməsində baş verə biləcək pozuntulara qarşı hüquqi tədbir görülməsini, aktivlərin tam şəffaflığını və ötən illərin fəaliyyəti ilə bağlı ətraflı hesabatın verilməsini tələb ediblər.

Qeyd edək ki, qəzvinli müəllimlər bundan əvvəl də eyni problemə görə bir neçə dəfə etiraz aksiyası keçiriblər.

https://t.me/GADTB1/42454

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …