Şənbə , Oktyabr 17 2026
azfa

Güney Azərbaycanın Qürvədə şəhərində azərbaycanlı fəal həbs olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qürvədə şəhərində azərbaycanlı fəal həbs olunub.

Azərbaycanlı idmançı və ətraf mühit fəalı Mehdi İrfani şənbə günü, aprelin 26-da İranın ən azı 10 məmurunun onun evinə hücumu ilə həbs edilib.

Mehdi İrfaninin həbsi döyülmə ilə müşayiət olunub və rejimin məmurları onun evində axtarış apardıqdan sonra onun kompüteri, mobil telefonu və kitabları və s. şəxsi əşyalarını müsadirə ediblər.

Hələlik azərbaycanlı gəncin həbsinin səbəbi, ittihamı və saxlanma yeri barədə məlumat verilmir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …