Güney Azərbaycanın siyasi təşkilatlarının 24 iyul etirazları ilə bağlı bəyanatı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın siyasi təşkilatları və qurumları iyulun 24-də Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiya ilə baölı bəyanat yayıblar.

Bəyanatda deyilir: Azərbaycan türk milləti və vicdanlı dünya ictimaiyyəti!

Güney Azərbaycan Türk Milləti 24 iyul (2 mordad) aksiyası ilə bir daha sübut etdi ki, bütün siyasi və təhlükəsizlik hesablamalarını dəyişə bilər. Azərbaycan türkləri Tehran hökumətinin bütün təhlükəsizlik tədbirlərinə. Sərt addımlarına baxmayaraq, Əl-Əhvaz ərəblərinin haqlı etirazlarına dəstək və özünün tapdalanmış hüquqlarına etiraz olaraq səsini qaldırdı.

İyulun 24-də Təbriz küçələrində baş verənlər bir daha siyasi, milli-mədəni fəalların və siyasi quruluşların birliyini göstərməklə yanaşı iki əl-Əhvaz ərəbləri ilə Güney Azərbaycan türklərinin stratejik ittifaqı yönündə əhəmiyyətli addım kimi təsbit olundu.

Biz bu bəyanatı imzalayan təşkilat və quruluşlar olaraq Güney Azərbaycan xalqının ərəb xalqına dəstək və öz hüququnun tələbi ilə bağlıkeçirdiyi aksiyaya görə təşşükürümüz bildirir və hər iki xalqdan ayri-seçkilik, inhisarçılıq və mərkəzçilik siyasətinin kökünün qurudulması üçün haqlı mübarizələrini davam etdirmələrini davam etdirmələrini istəyirik. Aydındır ki, bu mübarizənin və aksiyaların davamı milli fəalların məsləhəti bildiyi və ümumi mənafeə uyğun şəkildə aparılacaqdır.

Biz haqsız və ədalətsiz şəkildə həbs olunanların qeyd-şərtsiz azad olunmalarını tələb edirik. Əks təqdirdə Azərbaycan xalqı öz övladlarının azadlığı üçün etiraza qalxacaqdır.

Yaşasın İranda zülm altında yaşayan xalqların azadlıq mübarizəsi və birliyi.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Azərbaycan Milli Dirəniş Təşkilatı

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)

Güney Azərbaycan Milli Oyanış Hərəhatı (GAMOH)

Azərbaycan Öyrənci Hərəkatı (AZOH)

Güney Azərbaycan İstiqlal Partiyası

Güney Azərbaycan democrat Partiyası

Güney Azərbaycan Liberal Demokrat Partiyası

Azərbaycan Mərkəz Partiyası

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …