GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin taladığı Güney Azərbaycanın Süngün mədənində böyük mis ehtiyatları aşkarlandı.
İranın Milli Mis Sənayesi Şirkəti Güney Azərbaycanda Süngün mədənində böyük mis ehtiyatlarının aşkar edildiyini açıqlayıb.
Məlumata görə, bu tapıntı ilə Süngün mədəninin bilinən ehtiyatları 3 dəfədən çox artıb.
hazırda mədəndəki mis ehtiyatı 2.490.000.000 tondur.
Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanın qızıl, mis və s. mədənlərini müstəmləkilər kimi talamaqla Güney Azərbaycanı tamamilə yeraltı sərvətlərdən boşaldır. Bu isə həm də böyük ekoloji çirklənməyə səbəb olur.