Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Güney Azərbaycanın Traxtur komandasını iflic edən rejim Maşınsazi komandasının fəaliyyətini dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin göstərişi ilə Güney Azərbaycanın Traxtur komandası iflic ediləndən sonra, Təbrizin Maşınsazı komandasının da fəaliyyəti dayandırıldı.

Bu barədə klubun sahibi Məhəmməd Riza Zunuzi açıqlama verib.

O, Şərqi Azərbaycan Əyaləti Futbol Heyətinə məktub göndərərək rəsmi olaraq klubun fəaliyyətini dayandırdığını açıqlayıb.

Zunuzi məktubda bildirib ki, Maşınsazi daha ona aid deyil və məktubda Maşınsazinin icraçı müdirinin Hamid Nəcəfinin məsul şəxs olduğu vurğulanıb.

Məhəmməd Riza Zunuzi Traktor klubuna daha çox vaxt sərf etmək istədiyini qeyd edib.

Məktubda verilən məlumata əsasən, Maşınsazinin indiki brendinin dəyəri 10 milyon dollardan çoxdur.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …