GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Urmiya şəhərində sement zavodunun işçiləri əmək haqlarının artırılması tələbi ilə işlərini dayandıraraq tətilə başlayıblar.
İşçilər bildirib ki, zavod rəhbərlərinin 60 milyon tüməndən çox əmək haqqı aldıqları halda, onlar 12 milyon tümən əmək haqqı alırlar. Bu isə onların yaşayışı üçün kifayət etmir.