Bazar , Oktyabr 25 2026
azfa

Güney Azərbaycanın Xiyav bölgəsinin Nüqədi kəndinin əhalisi ikinci dəfə yolu bağladı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycana qarşı müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycanın əksər kəndlərində həyat üçün lazımi infrastruktur yaradılmamışdır. Nəticədə içməli su qıtlığı və kəndlərə normal su kəmərlərinin çəkilməməsi əhalinin etirazına səbəb olub.

Su probleminə etiraz edən Xiyavın Nüqədi kəndinin əhalisi, xüsusilə qadınlar ikinci dəfə etiraz aksiyası keçirərək yolu bağlayıblar.

Rejimin müstəmləkəçi siyasətinə etiraz edən əhali Xiyav-Ərdəbil magistral yolunu bağlayıblar.

Aksiyaya qatılan əhali və qadınlar bildiriblər ki, 3 aydır içməli su tapmırlar. Məsullar isə problemlə bağlı onların müraciətlərini cavabsız qoyur.

Etiraz nəticəsində Xiyavın İcra Hakimiyyətinin başçısı Əkbər Səmədi aksiya yerinə gələrək əhali ilə görüşməyə məcbur olub.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …