Cümə axşamı , Aprel 25 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) bəhmən inqilabı ilə bağlı bildirişi

GADTB: 1979-cu ildə Güney Azərbaycan və İran adlanan yerdə baş verən bəhmən inqilabını irticaçı və müstəmləkəçi fars-molla rejimi qəsb etsə də, bu inqilab Güney Azərbaycanı işğal edib, soyqırım törətmiş Pəhləvi rejiminin süqutuna səbəb olmuşdur. Sırf Pəhləvi rejiminin süqutu və Güney Azərbaycanın öz hüquqlarını bərpa etmək uğrunda mübarizə hələ inqilabdan öncədən davam edirdi. Təsadüfi deyildir ki, Güney Azərbaycan hələ bəhmən inqilabından bir il öncə 29 Bəhməndə işğalçı və müstəmləkəçi Pəhləvi rejiminə qarşı üsyan qaldırıb və inqilabın əsasını qoymuşdur.  Çünki, Qacar türk dövlətini xarici imperialistlərin köməyi ilə devirib, Güney Azərbaycan və Məmaliki Məhruseyi Qacarı qəsb etmişdir. Bu qəsbkar rejim Güney Azərbaycanda Azərbaycan Türk Millətinin dilini qadağan edib, millətimizi bir millət kimi məhv etmək üçün onun bütün tarixi, mədəniyyəti və varlığını təhrif edərək danmışdır.

Türk hakimiyyətini qəsb etmiş Pəhləvi rejimi üstəlik Güney Azərbaycanda Azərbaycan Milli Hökuməti qurulandan sonra Qərb imperialistlərinin köməyi ilə yenidən Güney Azərbaycana hücuma keçib, ağır silahlarla Güney Azərbaycanı işğal etmiş və Azərbaycan türk millətinə qarşı dəhşətli soyqırım törətmişdir. Pəhləvi rejimi 30-40 min azərbaycanlını soyqırıma məruz qoyub, vətənimizi işğal etmişdir. Bu səbəblərə görə Azərbaycan Türk Milləti qanlı düşməni olan Pəhləvi rejiminə qarşı ciddi şəkildə mübarizə aparıb və inqilab etmişdir.

Sözsüz ki, şah rejiminin devrilməsi ilə Azərbaycan türkü Güney Azərbaycanı azad etməyə çalışmış və demokratik atmosfer yaradaraq xalqın təhlükəsizliyi və asayişini sağlamışdır. Lakin bu dəfə irticaçı fars-molla rejimi yenicə azadlığa can atan Güney Azərbaycana hücuma keçib və irticaçı-cinayətkar qüvvələri ilə Güney Azərbaycanı bir daha işğal etmişdir.

Pəhləvi rejimi kimi İslam Respublikası olan irqçi və işğalçı fars-molla rejimi də Güney Azərbaycan üçün fəlakət və bədbəxtlikdən başqa heç nə verməmişdir. Bunların hər ikisi də Güney Azərbaycan qarşı irqçi, işğalçı və müstəmləkəçi olmuşlar. Ona görə də həm molla rejimi, həm də yeni şahçılar və Rza Pəhləvinin yeni hakimiyyətə gəliş həvəsi Güney Azərbaycanın yenidən yeni bir fəlakətə düşmə təhlükəsi ilə qarşı-qarşıya olduğunu göstərir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Pəhləvi rejimi ilə molla rejimini Azərbaycana qarşı irqçi, müstəmləkəçi və işğalçı fars rejiminin müxtəlif formaları kimi dəyərləndirib, hər iki işğalçı və müstəmləkəçini rədd edir və millətimizi ayıq-sayıq olmağa və təkcə xoşbəxtlik yolunun müstəqillik olduğunu bildirir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …