Cümə , Dekabr 6 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İran rejiminin seçki oyunu ilə bağlı bildirişi

GADTB: İranın fars işğalçı, irticaçı və şovinist rejiminin keçirməyə hazırlaşdığı üzdən iraq seçkilər molla rejiminin 44 ildir keçirməyə hazırlaşdığı seçki oyununun davamıdır. Hələ ingilislərin əli ilə hakimiyyətə gətirilən Pəhləvi sülaləsi dövründən İran adlanan yerdə seçki adlı bir şey olmayıb. İrqçi fars rejimin hakimlərinin beynində ancaq “Allah, İran və Şah” təsəvvürü olub. Bu gün də mollalar özlərini şah kimi təsəvvür edir və hakimiyyət sistemləri də monarxiyadır. Həm şah, həm də mollaların hökumət modelləri monarxiya olduğu üçün hətta onların şüuraltı təsəvvüründə də seçki anlayışı yoxdur. Onlar yalnız gözdən pərdə asmaq məqsədilə seçki oyunu oynayırlar. Bu səbəbdən Azərbaycan türk milləti işğalçı-şovinist İran rejiminin oyununa getməməli və bunların seçki oyununa yox deməlidir.

İşğalçı İran rejimi hətta Azərbaycanın bəzi şəhərlərində, Gilan vilayətində, başqa bölgələrdə və ya Urmiya və Sulduzda öz seçki oyununu Azəırbaycan Türk millətinə qarşı ikiqat zərbəyə çevirməyi planlaşdırır. Rejim kürd əlaltılarından Azərbaycana qarşı istifadə cəhdi ilə azərbaycanlıları öz seçki oyununa çəkmək istəyir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanın hər yeri işğaldadır. Urmiya və Sululduz işğalda olduğu kimi Təbriz və başqa Azərbaycan şəhərləri də işğaldadır.

Eyni zamanda işğalçı İran rejiminin seçki oyunundakı namizədləri rejimin süzgəcindən keçmiş özlərinin cinayətkar əlaltıları və qulbeçələridir. Rejimin seçki oyunu və onun hər hansı namizədinin seçki adı ilə təyin edilməsindən Azərbaycana heç bir xeyir gəlməyəcək.

Azərbaycan türk milləti öz azadlıq və müstəqilliyi yolunda birliyini qoruyub saxlamalı və bu istiqamətdə çalışmalıdır. Kimsə bilərək və ya bilmədən millətimizə yanlış ünvanlar göstərib, öz qısa müddətli şəxsi mənafeləri üçün rejimin seçki oyununa qoşmaq istəyirsə, bu Azərbaycana heç bir xeyir gətirməyəcək. Millətimiz ayıq olmalıdır və bizim də bu işğalçı, cinayətkar rejimin mahiyyətini ifşa etmək borcumuzdur.

Kimsə və ya hər hansı qrup rejimin oyununa gedib, millətimizi parçalayırsa, bilməlidir ki, onun Azərbaycanda yeri olmayacaq. Azərbaycanın güneyi Azərbaycan türk millətinin vətənidir və burada bu millət öz azadlığı və müstəqilliyi uğrunda mubarizə aparır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) də Azərbaycan türk millətinin milli amalından ilhamlanaraq işğalçı, irticaçı və şovinist İran rejiminin seçki oyununa yox deyir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Suriyada müxaliflər Həmanı azad etdi

GADTB: “Heyət Təhrir əş-Şam” qruplaşmasının üzvləri Suriyanın Həma şəhərinə daxil olduqlarını açıqlayıblar. Əsəd rejiminə məxsus …

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya hadisələri ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Suriya …