Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Güney Azərbaycanın Süngün Futzal klubunun dünyanın aparəbəcı klubları siyahısında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Süngün Futzal klubunun dünyanın aparəbəcı klubları siyahısında yerləşir. Klubun oyunçusu dünyanın altıncı ən yaxşı futzalçısı seçilib.

Güney Azərbaycanın Urmiya şəhərindən olan Süngün Futzal klubunun gənc futbolçu Salar Ağapur dünyanın altıncı ən yaxşı futzalçısı seçilib.

Nüfuzlu “Futzal Planet” saytı tərəfindən 2021-ci ildə dünyanın ən yaxşı futzalçıları səsvermə yolu ilə müəyyənləşdirilib. Saytda azərbaycanlı futzalçı Salar Ağapur 99 səslə 2021-ci ildə dünyanın altıncı ən yaxşı gənc futzalçısı adına layiq görülüb.

Qeyd edək ki, Salar Ağapur Güney Azərbaycanın Vərziğan şəhərinin Süngün klubunun oyunçusudur və onun təmsil etdiyi Azərbaycan komandası da dünyanın ən yaxşı 10 futzal klubunun sırasında yer alıb.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …