Şənbə , İyul 20 2024
azfa

Həbəş əlifbasiyla yazilmiş Qipçak yazilarinin albanlara aid olmasinin ən böyük sübutu !!!

GADTB: Gəncəli vardapet Giraqosun “Tarix” əsərinin əsli Matedaranda saxlanılır. Bu irihəcmli kitab haqqındakı təsəvvürlərimiz ermənilərin rus dilinə tərcümə edərək, müxtəlif, əlavə, ixtisar və təhriflərlə nəşr etdirdikləri, bəzən “Ermənistan tarixi”, bəzənsə “Ermənistanın şərq əyaləti – Alban ölkəsinin tarixi” kimi qondarma adlarla təqdim etdikləri kitablara əsaslanır. Kitabın gerçək adı isə “Alban ölkəsinin qısa tarixi”dir və orada bir çox xalqın – albanların, ermənilərin, rumluların, ərəblərin, tatarların və gür-

cülərin əsasən XIII əsr tarixindən, başqa sözlə, tatarların hakimiyyəti dövründən bəhs edilir. Bu barədə Fəridə Məmmədova haqlı olaraq, yazırki, “Kirakos erməni, fars, türk və ərəb dillərini mükəmməl bilmişdir. Kirakosun “Tarix” əsəri monqol hökmranlığı dövründə Zaqafqaziya xalqları – albanlar, ermənilər və gürcülər haqqında qiymətli mənbədir” Sözügedən kitabın orijinalının hansı dildə olduğunu dəqiq söyləmək mümkün olmasa da (ermənilər kitabın erməni dilin də yazıldığını iddia edirlər), bu kitabın alban dilində yazıldığını söyləmək üçün çox ciddi əsas var. Bu əsası bizə həmin kitabın II fəslinin böyük bir hissəsinə alban (qıpçaq – qarqar) dilində 1750 №-li Venesiya əlyazmasında rastlanması faktı verir. Giraqos Gəncəlinin “Tarix” kitabının ermənilər tərəfindən rusca dərc edilmiş 2-ci fəslinin adı həmin dildə belə qeyd edilib:

«Послание о символе веры армянской церкви, написанное братом армянского каталикоса Григориса епископом Нерсесом по просьбе высокочтимого зятя само-

державного государя ромейского, великого патостратора Алексея, когда он выехал на Восток и находился стольном городе киликийцев Маместии, куда (Нерсес) последовал по его приглашению в 614 (1165) году».

Eyni başlığa eyniylə alban dilində 1750 №-li Venesiya əlyazmasında rast gəlirik:

“Bitiki inamnпnq, ermeni yıxövününq tapunğanı, yazılğan Nerses arhiebisğobostan, xardaşından Krikornunq, ermeni gatoğiqosnunq, xoltxası üsnə Aleksiosnunq, ulu brdosdradusnunq, urum çesarnınq kiyövününq, xaçan ki ketti kün toğuşuna da edi Mampuesdiada, baş şəhərində Giligecvoc ulusununq, ermeni tvğankınında 614 [1165]”.

Fəslin rus dilində verilmiş mətni də sözügedən əlyazmadakı alban (qarqar-qıpçaq) mətninin eynidir.

Məlumat üçün bildirək ki, kitabın ermənilər tərəfindən nəşr edilən rus variantı 65 fəsildən ibarətdir. Bu fəsillərin böyük əksəriyyəti müəllifin mənsub olduğu xalq – albanlar haqqındadır.

Həmin fəsillər aşağıdakılardır:

1. Müqəddəs Qriqori və onun taxtına sahib olanların qısa tarixi və siyahısı.

2. Rumun mütləq hakiminin əlahəzrət kürəkəni patostrat Aleksyin və onun dəvəti ilə 614 (1165)-cü ildə (Nersesin) onun ardınca Şərqə gedərkən baş çəkdikləri Kilikiyanın paytaxtı Mamesteyada (patostratın – Ş. H., B. T.) etdiyi xahişi əsəsında Ərməniyyə katalikosu Qriqorisin qardaşı yepiskop Nerses tərəfindən erməni (monofizit – Ş. H., B. T.) kilsəsinin iman simvolu haqqında məktubu.

3. Levonun Qərbdəki məlikliyi.

4. Şərqi Ərməniyyənin (?) işxanları (məlikləri) Zakare və onun qardaşı İvane haqqında.

5. Zəkəriya tərəfindən bəzi məsələlərlə bağlı çağırılmış Məclid barədə.

6. Yadellilər tərəfindən sıxışdırılan alban katalikoslarının böyük işxanlara necə pənah apardıqları barədə.

7. Vaspurakan vilayətinin məşhur vardapetləri barədə.

8. Ordu başçısı Zakarenin ölümü barədə.

9. Levon məlik və onun ölümü barədə.

10. Alban ölkəsinin aşağıda hekayə şəklində təqdim edilən qısa tarixi.

11. Tatar ordularının necə zühur etdiyi və gürcü qoşunlarını qaçmağa məcbur etdiyi barədə.

12. Qoşunların Gəncə ətrafında məğlum olması.

13. Mxitar vardapet haqqında, haradan olması və necə adam olması barədə.

14. Qoşavəng (Nor-Qetik) monastrının tikilməsi barədə.

15. Onun şagirdlərin içərisində fəralənənlər barədəə

16. Qoş adlandırılan böyük vardapet Mxitarın ölümü barədə.

17. Ondan sonra monastırın idarəçiliyinə keçənlər barədə.

18. Sultan Cəlaləddin və gürcü qoşunlarının 674 (1225) – cü ildə məhv edilməsi barədə.

19. Sultan Cəlaləddinin məhvi və onun yer üzündən silinməsi.

20. Tatarların bütün dünyanı küfrə bürümək üçün necə zühur etdikləri barədə.

21. Gəncə şəhərinin talan edilməsi barədə.

22. Həmin qoşunlar tərəfindən Ərməniyyə və Gürcüstanın talan edilməsi bardə.

23. Şamxor şəhərinin tutulması barədə.

24. Vardapet Vanağanın və yoldaşlarının əsir alınmaları barədə.

25. Loru şəhərinin darmadağın edilməsi barədə.

26. İşxan Avaqın onların əlinə keçməsi barədə.

27. Ani şəhəri barədə və Rəbbin onu (düşmənlərə) təhvil verməsi haqda.

28. Qarsın talanı barədə.

29. İşxan Avaqın Şərqə – xaqanın hüzuruna göndərilməsi barədə.

30. Xaçın torpağındakı qətliam və işxan Cəlal barədə.

31. Onun tikdirdiyi kilsə barədə.

32. Tatarların xarici görünüşünün təsviri barədə (bu bölüm kitaba sonradan əlavə edilmişdir).

33. Suriyalı Raban barədə.

34. Feodosipolun talanı edilməsi haqda.

35. Sultanla tatarlar arasındakı savaş barədə.

36. Erməni çarı Hetum barədə və onun əməlləri haqqında.

37. Lamboranlı işxan Konstantin barədə və onun Kilikiya ilə nə etdiyi haqda.

38. Davudun taxta oturması barədə.

39. Alban katalikosu Nersesin böyük saraya çağırılması barədə.

40. (Tatarların) Vaspurakanın bir çox əyalətinə yürüşləri barədə.

41. Ərməniyyə katalikosu Konstantinin kanonik fətvaları barədə.

42. Hökümlü Konstantinin sirkulyar fərmanı barədə.

43. Ərməniyyə katalikosu hökmlü Konstantinin kanonik fətvaları.

44. Xan tərəfindən göndərilən vergi toplayanlar barədə.

45.Gürcü çarlarının xanın hüzuruna yollanmaları barədə.

46. Erməni ordu başçısı və Sultan Qiatadinin oğlu Sumbatın xanın hüzuruna yollanması haqqında.

47. Tatar qoşunlarının Güscüstanda törətdikləri qətliam barədə.

48. Cazibədar Davud barədə.

49. Qadın cildinə girərək bir kişi ilə zina edən şeytan barədə.

50. Xristianlar arasında Tanrının müaəddəs ruhu barədə və “atadan” yoxsa “atadan və oğuldan” demək lazım olduğu barədə mübahisələri.

51. Düzgün iman və həqiqi ibadət.

52. Vardapet Vanağanın imanın islah edilməsi barədə tövsiyyəsi.

53. Müqəddəs Vanağan vardapetin ölümü barədə.

54. İovannes Qarnesi barədə.

55. Batının oğlu Sartax barədə.

56. Ölkəni viran qoyan çəyirtkə barədə.

57. Mengü Xanın əmri ilə həyata keçirilən siyahıya alma barədə

58. Mömün erməni çarı Hetumun Batının və Mengü Xanın hüzurlarına getməsi barədə.

59. Rumluların ölkəsindəki qətliam barədə.

60. Bağdadın talan edilməsi barədə.

61.Martiropol şəhərinin dağıdılması barədə.

62. Onların İkiçayarasında və Aşağı Suriyada etdikləri barədə.

63. Mömin işxan (məlik) Cəlalın ölümü barədə.

64. İşxan Şahənşahın və oğlu Zaxarenin ölümü barədə.

65. Hülakü və Berkə arasındakı böyük müharibə barədə.

Yuxarıdakı başlıqlardan da göründüyü kimi Giraqos Gəncə li Qafan məlikliyinə, demək olar ki, toxunmamış, Arranda baş verən hadisələrdən söz açarkən diqqətini daha çox Gəncə və Xaçın Məlikliyi üzərində cəmləşdirmiş, bir neçə yerdə Həsən Cəlalı yad etmişdir. Bu sırada “Xaçın torpağındakı qətliam və işxan Cəlal barədə” adlı 30-cu, “Onun tikdirdiyi kilsə barədə” başlıqlı 31-ci və “Mömin işxan (məlik) Cəlalın ölümü barədə” adlı 63-cü fəsilləri böyük maraq doğurur.

Qafan Məlikliyi də diqqətdən kənarda qalmamışdı. Əsərdə II Sumbatdan da söz açılır. əslində Qafan Məlikliyi, faktiki olaraq, II Sumbat və Tərsaiçdən sonra, Xaçın isə Həsən Cəlaldan və oğlu Atabəydən sonra əvvəlki önəmlərini itirmiş və kiçik bəyliklərə çevrilmişdilər. Təsadüfi deyil ki, dövrümüzədək Orbeli soyundan olan yerli bəylərdən, Tərsaiçin oğlu Stepanos Orbelini nəzərə almasaq, sadəcə üçünün – Stepanos (təqr. 1406-1422), III Sumbat (təqr. 1471-1495) və çox güman ki, islamı qəbul edən Urudlu Zöhrabın (təqr. 1508) adları məlumdur.

Giraqos Gəncəli “Alban ölkəsinin qısa tarixi” adlı əsərinin “Xaçın torpağındakı qətliam və işxan Cəlal barədə” adlı 30-cu

fəslində tatarların Arranda törətdikləri barədə artıq yazdığını xatırladaraq, indi də Xaçın torpaqları və onların orada etdikləri barədə danışmaq istədiyini bildirərək qeyd edir ki, onlar (tatarlar) bütün istiqamətlərə yürüşlər təşkil edir və hətta ölkələri öz aralarında püşk atmaq yoluyla bölürdülər.

(Киракос Гандзакеци, 1961, s. 267).

Şahlar Hacıyev,

Bəxtiyar Tuncay.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …