Həbs müddətinin bitməsinə baxmayaraq azərbaycanlı müəllimin azadlığa çıxmasına icazə verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Kərəcin Qızılhisar zindanında həbsdə saxlanılan azərbaycanlı müəllim, ana dili hərəkatı fəalı və siyasi məhbus Cəfər İbrahiminin həbs müddətinin başa çatmasıa baxmayaraq, molla rejimi onun sərbəst buraxılmasına icazə vermir.

İran Müəllimlər Birliyinin Koordinasiya Şurasi yaydığı məlumata görə, qanuni prosedurların və müəllimin müvəqqəti saxlanılma günlərinin hesablanmasına görə Cəfər İbrahimi martın 19-da azad edilməli olsa da, bu baş tutmayıb.

Məlumatda bildirilib ki, prokurorluq İbrahiminin tibbi məzuniyyəti müddətini həbs müddətinin sonuna əlavə edərək onun həbsxanada qalmasına səbəb olub.

Qeyd edək ki, Həmədan şəhərindən olan azərbaycanlı Cəfər İbrahimi 2022-ci il aprelin 30-da həbs edilmişdi. Azərbaycanlı müəllim rejim tərəfindən “əlbir olmaq və toplaşmaq” və “hökumət əleyhinə təbliğat”da ittiham olunmuşdur.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …