Çərşənbə axşamı , Dekabr 16 2025
azfa

Həbsdə olan azərbaycanlı milli fəal Əzimi Qədimə qarşı yeni ittihamlar irəli sürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin 10 aydan artıqdır ki, Evin zindanında həbsdə saxladığı azərbaycanlı milli fəal və din xadimi Əbdüləziz Əzimi Qədim yeni ittihamlarla qarşılaşıb.

Bir ilə yaxındır həbsdə olan azərbaycanlı fəal  SEPAH-ın kəşfiyyat qüvvələri tərəfindən təzyiqlərə məruz qalıb və “milli hərəkat təşkilatlarının bir cəbhəsi və ya birləşmiş koalisiyası yaratmağa çalışmaq”da günahlandırılıb. Bu yaxınlarda Əziminin ailəsi onun girov müqabilində azadlığa buraxılmasını istəyib, ancaq təhlükəsizlik qurumları buna mane olublar.

Qeyd edək ki, milli fəal daha öncə Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində qəddarlığı ilə tanınan Əbülqasım Səlavatinin sədrliyi ilə keçirilən məhkəmədə “ölkənin milli təhlükəsziliyinə qarşı toplaşmaq və sövdələşmək” ittihamı ilə 5 il, “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə isə bir il həbs cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olundu

GADTB: Dünya İdman Paytaxtı titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib, bununla da Azərbaycan paytaxtı …

Türkiyə Prezidenti: Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındırlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI səfirlər konfransında bildirib ki? Azərbaycan və Ermənistan sülh müqaviləsini …