Bazar ertəsi , Noyabr 11 2024
azfa

Həbsdə olan azərbaycanlı müəllim Cəfər İbrahimiyə tibbi yardım göstərilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı müəllim Cəfər İbrahimi Evin iziki vəziyyətinin əlverişsiz olmasına baxmayaraq lazımi tibbi yardımdan məhrum edilib.

Təhsil İşçiləri Həmkarlar İttifaqları Təşkilatlarının Koordinasiya Şurası hesabatında yazıb ki, cənab İbrahimi həzm problemləri, bağırsaq iltihabının təkrarlanması və lazımi tibbi yardım göstərilməməsi səbəbindən bir çox problemlərdən əziyyət çəkir və fiziki vəziyyəti yaxşı deyil.

Bu hesabatda deyilir; “Məhkəmə tibb ekspertiza təyin edib ki, Cəfər İbrahimi müalicə olunmaq üçün tibbi məzuniyyətə göndərilməlidir; Lakin Evin həbsxanasının rəhbərliyi bununla bağlı heç bir tədbir görməyib.

Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il 1 maya təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə – aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Azərbaycanlı müəllim “əlbir olmaq və toplaşmaq” habelə “hökumət əleyhinə təbliğat” ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəal və vəkil aclıq aksiyasına başlayıb

GADTB: molla rejimin Tehranın Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəal və hüquqşünas Tahir Nəqəvi aclıq …

“İran təkcə farsların yurdu deyil” kitabı çapdan çıxıb

GADTB: Beynəlxalq məsələlər üzrə tanınmış amerikalı ekspert və professor Brenda Şaffer dünən “X” hesabında paylaşım …