Cümə axşamı , İyul 25 2024
azfa

Həmədanın Kövrəng bölgəsində əhali İran rejiminin mədənçilərinə etiraz edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Həmədanın Kövrəng bölgəsinin Ağbulaq kəndinin əhalisi İran rejiminin mədənçilərinə etiraz ediblər.

Ağbulaq kəndinin əhalisi və ətraf mühit fəalları bu kənddə yerləşən Ağdağ bölgəsi və ətrafının ekologiyasının mədənçilər tərəfindən məhv edilməsinə etiraz ediblər.

Etirazçılar üzərinə Azərbaycan türkcəsində “Ağdağ-mədənçi ondan uzaq dur” və “Ağbulaqlılar oyaqdır, öz haqqına dayaqdır” şüarları yazılmış plakatlar qaldırıblar.

Qeyd edək ki, irqçi fars rejim müstəmləkəçi kimi Güney Azərbaycanın mədənlərini talayır və bölgədə ekoloji fəlakətə səbəb olur. Bu da haqlı olaraq yerli əhalinin etirazına səbəb olur.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …