Çərşənbə , Oktyabr 14 2026
azfa

Həbsdə olan azərbaycanlı fəal zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən azərbaycanlı gənc milli fəal Behzad Paşazadə Urmiyanın mərkəzi zindanından 700 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Azərbaycanlı milli fəal mayın 7-də “etnik mənsubiyyəti təhqir etmək” və “ictimai asayişi pozmaq”da günahlandırılaraq şəxsi mağazasında həbs edilib.

Ona qarşı irəli sürülən ittiham barədə məlumat verilməyib.

Həmin gün Urmiyada saxlanılan digər fəal Huşəng Nağızadədən isə hələlik heç bir xəbər yoxdur.

Qeyd edək ki, Behzad Paşazadə bundan əvvədə bir neçə dəfə dinc mədəni fəaliyyətlərinə görə saxlanılıb.

O, 2011-ci ildə Urmu gölünün quruması, 2015-ci ildə isə İran televizyasının “Fitilə” proqramında azərbaycanlıların aşağılanmasına etiraz aksiyalarına qoşulduğu üçün həbs edilib.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …