GADTB: Güney Azərbaycanın Şəbistər bölgəsindən olan Tehranın Evin zindanında həbs cəzası çəkən Tehran və Şəhərətrafı Avtobus şirkəti İşçilərinin Həmkarlar İttifaqının azərbaycanlı üzvü Rza Şəhabi, Beynəlxalq Əmək Təşkikatının illik iclasına ünvanladığı məktubda İran hökumətini həmin təşkilatda təmsil edən nümayəndələrinin çıxarılmasına çağırış edib.
Rza Şəhabi iyunun 2-də sözügedən Həmkarlar İttifaqının “Telegram” kanalında dərc olunan məktubda təhlükəsizlik orqanları tərəfindən etirazçı işçilərə göstərilən təzyiqlərə toxunaraq yazıb:
“İranın təhlükəsizlik orqanları təyin etdiyi öz nümayəndələrini müstəqil işçi nümayəndələri adı altında beynəlxalq toplantılara, o cümlədən Beynəlxalq Əmək Təşkilatının iclaslarına ezam edir”.